...

Bakıda bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ (FOTO)

Cəmiyyət Materials 21 Oktyabr 2024 15:51 (UTC +04:00)
Bakıda bu yollarda tıxac var - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda paytaxtın bəzi küçə və prospektlərində yolda avtomobil sıxlığı müşahidə olunur. Havanın yağışlı keçməsi səbəbindən sürücülər ehtiyatlı davranaraq təbii olaraq sürət həddini azaldırlar. Bu da sıxlıq olan küçə və prospektlərin sayının artmasına səbəb olub.

Trend xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellekektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, mərkəzin əməkdaşları yol polisi ilə birgə yaranan sıxlığın aradan qaldırılması istiqamətində işlər görürlər.

Hal-hazırda yollardakı vəziyyət:

1. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

2. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

6. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində;

7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

9. Xətai prospekti, "Şərq bazarı" istiqamətində;

10. Zərifə Əliyeva küçəsində;

11. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər;

12. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

13. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

14. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

15. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində;

16. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

17. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində;

18. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;

19. "3-cü mikrorayon" dairəsində;

20. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

21. Bülbül prospekti, "Sahil" metro stansiyasının qarşısında;

22. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

23. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Xəbər lenti

Xəbər lenti