...

Gürcüstan azərbaycanlılarının üçüncü qrupu Xankəndiyə səfər edib (FOTO) (ƏLAVƏ EDİLİB)

Cəmiyyət Materials 21 Oktyabr 2024 15:39 (UTC +04:00)
Gürcüstan azərbaycanlılarının üçüncü qrupu Xankəndiyə səfər edib (FOTO) (ƏLAVƏ EDİLİB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Gürcüstan azərbaycanlıların üçüncü qrupu işğaldan azad olunan ərazilərə ərazilərə səfər edib.

Trend xəbər verir ki, üçüncü qrupun səfəri Xankəndi şəhərindən başlayıb.

Qonaqlar üçün Xankəndi şəhərində gəzinti təşkil edilib. Onlara şəhər haqqında ətraflı məlumat verilib.

Qonaqlar, həmçinin, Qarabağ Universitetinə gəliblər, orada yaradılan şəraitə baxıblar. Həmçinin, tələbələrlə görüşən qonaqlar onlarla həmsöhbət olublar. Onlara məlumat verilib ki, ali təhsil almaq üçün 100-lərlə azərbaycanlı gənc məhz Xankəndiyə - Qarabağ Universitetinə üz tutub.

Daha sonra qonaqlar Xankəndi şəhərində stadiona da baş çəkərək, orada yaradılan şəraitlə tanış olublar. Səfər zamanı, həmçinin, şəhərdə həyata keçirilən tikinti-quruculuq işləri barədə də qonaqlara məlumat verilib.

Qeyd edək ki, sözügedən ərazilər üzrə qonaqların səfəri üç qrup olmaqla, altı günlük nəzərdə tutulub və iki qrupun səfəri başa çatıb. Bu gün Azərbaycana gələn üçüncü qrup növbəti gün Şuşa və Ağdama səfər edəcəklər.

Xəbər lenti

Xəbər lenti