...

Rusiya Moldovada keçirilən seçkilərə və referenduma müdaxilələr edib - Avropa Komissiyası

Dünya xəbərləri Materials 21 Oktyabr 2024 17:42 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Moldovada keçirilən prezident seçkiləri və Avropa İttifaqına üzvlüyünə dair referenduma müxtəlif səviyyədə müdaxilələr edib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Peter Stano Brüsseldəki mətbuat konfransında deyib.

O qeyd edib ki, rəsmi Moskva mütəmadi olaraq təkcə Moldova deyil, Avrozona ölkələrində də baş verən proseslərə müdaxilə etməyə çalışır.

"Rusiyanın bu addımları sərhəd tanımır. Avropa İttifaqı olaraq biz müəyyən prinsiplərə və qanunlara riayət edirik, lakin rəsmi Moskva bu istiqamətdə hər hansı addım atmır və qanunun aliliyini tanımır. Rusiya seçicilərin səslərini alıb, onların səsvermə məntəqələrinə avtobuslarla çatdırılmasını təmin edib.

Onu da bildirim ki, Avropa Komissiyası prosesə səsvermənin yekun nəticələrinin elan olunduqdan sonra qiymət verəcək”, - Peter Stano qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti