...

Qərbdən olan təzyiqlər Gürcüstan hakimiyyətini qorxutmur - Əli Babayev

Siyasət Materials 21 Oktyabr 2024 17:14 (UTC +04:00)
Qərbdən olan təzyiqlər Gürcüstan hakimiyyətini qorxutmur - Əli Babayev
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Xankəndi. Trend:

Qərbdən olan təzyiqlər Gürcüstan hakimiyyətini qorxutmur.

Bunu Trend-ə açıqlamasında Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev Xankəndidə səfərdə olarkən deyib.

"Biz Gürcüstanda bir neçə hakimiyyət dəyişikliyi görmüşük", - o vurğulayıb.

O bildirib ki,2012-ci ilin oktyabrından sonra Gürcüstan daha yaxşı inkişaf etməyə başladı.

"Gürcüstanın dünyada bir çox ölkələrlə münasibəti yaxşıdır. Bəzi Qərb dövlətləri isə Gürcüstanın konstitusiyasına zidd gedərək, orada öz leyhlərinə işlər çevirməyə çalışırlar. Buna da nail olmurlar və təzyiq etməyə çalışırlar.

Bu təzyiqlər hazırkı Gürcüstan hakimiyyətini qorxutmur. "Gürcü Arzusu" partiyası 26 oktyabr parlament seçkilərində böyük qələbə qazanacaq. Gürcü xalqı öz birliyini bir daha onun ərazisində çaxnaşma yaratmaq istəyən dövlətlərə göstərəcək", - deyə o qeyd edib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabr tarixinə təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti