Bakı. Trend:
Argentinanın qərbində yerləşən San Juan əyalətində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri San Juan şəhərindən 65 km şimal-qərbdə, təxminən 447 min insanın yaşadığı ərazidə baş verib. Zəlzələnin ocağı isə yerin 86 km dərinliyində olub.
Hazırda zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.