...

Naxçıvanda "yaşıl enerji" layihələri üçün ayrılmış ərazilər məlum olub

Yaşıl iqtisadiyyat Materials 21 Oktyabr 2024 11:11 (UTC +04:00)
Naxçıvanda "yaşıl enerji" layihələri üçün ayrılmış ərazilər məlum olub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Naxçıvan.Trend:

“Yaşıl enerji” layihələrinin reallaşdırılması üçün Naxçıvan şəhərində Güneş Elektrik Stansiyasının tikintisi üçün 668 ha sahə ayrılıb.

Bunu Trend-ə Naxçıvan Muxtar Respublikasının Dövlət Energetika Xidmətinin rəhbərinin müavini Tural Murtuzəliyev bildirib.

O qeyd edib ki, 1163 ha Güneş Elektrik Stansiyası üçün Kəngərlidə, 1311 ha Günəş Elektrik Stansiyası Babək rayonunda ərazi ayrılıb.

“Budan başqa, Kəngərli rayonunda 1669 ha Günəş Elektrik Stansiyası 2196 ha Külək Elektrik Stansiyası üçün ərazi ayrılıb.

Şahbuzda 234 ha Günəş Elektrik Stansiyası 64 ha Külək Elektrik Stansiyası, Culfada isə 667 ha Külək Elektrik Stansiyası üçün ərazi ayrılıb” - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti