...

Argentinalı forvard "Milan"la müqavilə imzalaya bilər

İdman Materials 21 Oktyabr 2024 06:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

“Milan” heyətini yeni bir forvardla gücləndirmək istəyir.

Trend “Sky Sports”a istinadən xəbər verir ki, “rossonyerlər” “Latsio”nun hücumçusu Valentin Kastelyanosu transfer etməyi planlaşdırır.

Milan klubunun rəhbərliyi 26 yaşlı argentinalı transfer etmək üçün artıq addımlar atıb. Cənubi amerikalının komandanı tərk edib-etməyəcəyi isə onun öz qərarından asılıdır.

2023-cü il iyul ayında “Latsio”ya transfer olan Kastelyanosun müqaviləsi 2028-ci il iyunun 30-na qədərdir.

“Tati” ləqəbli hücumçu karyerası ərzində “Universidad De Çili”, “Torke”, “Nyu-York Siti” və “Jirona” komandalarında oynayıb.

Xəbər lenti

Xəbər lenti