...

Məqsədimiz COP29-u bütün aspektlərdə maksimal dərəcədə effektiv etməkdir - Ayan Nəcəf

Yaşıl iqtisadiyyat Materials 21 Oktyabr 2024 10:42 (UTC +04:00)
Məqsədimiz COP29-u bütün aspektlərdə maksimal dərəcədə effektiv etməkdir - Ayan Nəcəf
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Məqsədimiz COP29-u bütün aspektlərdə maksimal dərəcədə effektiv etməkdir.

Trend xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf Bakıda "ESG hesabatlarının anlaşılması və təhlili ekoloji, sosial və korporativ idarəetmə" mövzusunda keçirilən seminarda bildirib.

"Məqsədimiz və əsas niyyətimiz, hazırlıq mərhələsindən sonra, COP29 konfransını elə keçirməkdir ki, o, bütün aspektlərdə effektiv və nəticəyönlü olsun. Əlbəttə, bu məsələdə üzərimizə böyük məsuliyyət düşür. Arzu edərdim ki, bu günlərdə bütün qlobal araşdırmalar əlçatan olsun və KİV-lər tədbirin işıqlandırılmasında əsas rol oynasın. Kütləvi informasiya vasitələrinin nümayəndələri fəal şəkildə cəlb olunacaqlar və onlar üçün nəzərdə tutulmuş təhsil proqramları strategiyamızda mühüm yer tutur. Sevindirici haldır ki, artıq əsas təşkilatlar və nümayəndə heyətləri ilə işin təməli qoyulub," - o qeyd edib.

Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.

Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti