...

İsrail XİN başçısı Makronun addımlarına qarşı tədbir görülməsini tapşırıb

Dünya xəbərləri Materials 21 Oktyabr 2024 04:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrailin xarici işlər naziri İsrael Kats, Fransa Prezidenti Emmanuel Makronun İsrail şirkətlərinin "Euronaval" beynəlxalq hərbi dəniz sərgisində iştirakını məhdudlaşdırmaq qərarına qarşı hüquqi və diplomatik tədbirlərin görülməsini tapşırıb.

Trend-in məlumatına görə, bu barədə İsrail Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti açıqlama yayıb.

"Mən XİN-ə Fransa Prezidenti Makronun İsrail şirkətlərinin gələn ay Parisdə keçiriləcək "Euronaval" sərgisində məhsullarını təqdim etməsinə mane olmaq qərarına qarşı hüquqi və diplomatik tədbirlər görməyi tapşırmışam. İsrail şirkətlərinə qarşı tətbiq edilən bu təkrar boykot antidemokratik bir addımdır və bizim üçün qəbuledilməzdir," - deyə Kats bildirib.

Nazir Makronu bu praktikanı dayandırmağa çağırıb:

"Fransa bütün Qərb dünyası kimi, bizə qarşı deyil, bizimlə birlikdə olmalıdır," - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti