...

Böyük Britaniya düşmən raket hücumlarına qarşı müdafiəsizdir münaqişə zamanı öz hava məkanını qoruya bilməyəcək

Dünya xəbərləri Materials 21 Oktyabr 2024 05:36 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Hava Hücumundan Müdafiə sistemlərinin olmaması Böyük Britaniyanın münaqişə zamanı öz hava məkanını qoruya bilməməsinə səbəb olur.

Trend-in məlumatına görə, bu barədə Britaniya parlamentinin İcmalar Palatasının müdafiə komitəsinin keçmiş sədri Tobias Ellvud "i" qəzetinə açıqlama verib.

Ellvud bildirib ki, hipersəsli raket hücumları zamanı Britaniyanın mövcud hava müdafiə sistemləri bu hücumlara tab gətirə bilməyəcək və London kütləvi bombardman riski ilə üzləşə bilər.

O, ölkənin kritik infrastrukturunu qorumaq üçün Böyük Britaniyanın İsrailin "Dəmir Qübbə" sisteminə bənzər öz hava hücumundan müdafiə sistemini inkişaf etdirməli olduğunu vurğulayıb.

Ellvudu müxalifətdəki Mühafizəkarlar Partiyasından olan kölgə müdafiə naziri Ceyms Kartlic dəstəkləyib və o, Leyboristlər hökumətini hava müdafiə sistemlərinin və döyüş sursatlarının istehsalını sürətləndirməyə çağırıb.

Qəzet həmçinin xatırladıb ki, oktyabrın 1-də Kral Hərbi Hava Qüvvələri İrandan İsrailə tərəf atılan qanadlı raketləri zərərsizləşdirə bilməmişdi.

Xəbər lenti

Xəbər lenti