...

İspaniya liqası: "Barselona" səfərdə "Sevilya"nı darmadağın etdi

İdman Materials 21 Oktyabr 2024 04:21 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya La Liqasının 2024/2025-ci il mövsümünün 10-cu turunda "Barselona" və "Sevilya" arasında keçirilən oyun başa çatıb.

Trend-in məlumatına görə, qarşılaşma Barselonadakı "Olimpik Lyuis Kompanis" stadionunda oynanılıb. Oyunu baş hakim Rikardo De Burqos Benqoeçea və onun hakimlər briqadası idarə edib. "Barselona" "Sevilya"nı 5:1 hesabı ilə məğlub edib.

Oyun zamanı "Barselona"nın hücumçusu Robert Levandovski 24-cü dəqiqədə penalti zərbəsi ilə hesabı açıb. Cəmi dörd dəqiqə sonra yarımmüdafiəçi Pedri fərqi artırıb. 39-cu dəqiqədə isə Levandovski bir daha fərqlənərək dubla imza atıb. 82-ci dəqiqədə yarımmüdafiəçi Pablo Torre hesabı 4:0 edib. "Sevilya"nın heyətində Stanis Muzambo isə komandasının yeganə qolunu vurub. Oyunun yekun nəticəsini Torre təyin edib.

Keçirilən 10 turdan sonra "Barselona" 27 xalla La Liqa turnir cədvəlində birinci, "Sevilya" isə 12 xalla 13-cü pillədə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti