...

Azərbaycanda bu il daşınmaz əmlaka verilən çıxarışların sayı məlum olub

İqtisadiyyat Materials 21 Oktyabr 2024 10:55 (UTC +04:00)
Azərbaycanda  bu il daşınmaz əmlaka verilən çıxarışların sayı məlum olub
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında daşınmaz əmlak üzərində 269 702 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu göstəricinin 44 462-si (16,5%) ilkin, 225 240-ı isə (83,5%) isə təkrar qeydiyyatın payına düşür.

Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində - 45 422, mənzil üzərində - 62 167, torpaq sahəsi – 152 594, qeyri-yaşayış binası – 2 534, qeyri-yaşayış sahəsi – 6 350, əmlak kompleksi - 597, çoxmərtəbəli yaşayış binası üzərində isə 38 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 71 843-ü Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Doqquz ayda 203 056 texniki pasport tərtib edilib, 56 730 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti