...

İsrail hərbçiləri Livanda UNIFIL-in müşahidə qülləsini dağıdıb

Turizm Materials 21 Oktyabr 2024 07:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələrinin buldozeri Livanda yerləşən BMT Müvəqqəti Qüvvələrinin (UNIFIL) müşahidə qülləsini və perimetr hasarını söküb.

Trend xəbər verir ki, bu barədə məlumat UNIFIL-in X sosial şəbəkəsindəki səhifəsində dərc olunub. Bəyanatda qeyd edilir ki, “İsrail Müdafiə Qüvvələrinin buldozeri BMT-nin Marvahin şəhərindəki mövqeyində yerləşən müşahidə qülləsini və ərazini qoruyan hasarı dağıdıb”.

Tələfat barədə məlumat verilməsə də, UNIFIL İsrailə və münaqişənin digər tərəflərinə BMT personalının və əmlakının təhlükəsizliyini təmin etmək öhdəliyini xatırladıb.

Xəbər lenti

Xəbər lenti