...

Zərdabda 5 obyekdən oğurluq edən dəstə üzvləri saxlanılıb

Hadisə Materials 21 Oktyabr 2024 09:43 (UTC +04:00)
Zərdabda 5 obyekdən oğurluq edən dəstə üzvləri saxlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən 5 obyektdən oğurluq edən Cavid Qafarov, Murad Nəbiyev və İsmayıl Namazlı saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, hadisə zamanı dəstə üzvləri tərəfindən ələ keçirilən əşyaların bir qismi, eləcə də cinayətdə istifadə olunan alətlər polis əməkdaşları tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti