Bakı. Trend:
Keniyanın paytaxtı Nayrobidə yeddimərtəbəli bina uçub.
Bu barədə Trend xarici KİV-lərə istinadən xəbər verir. Hazırda bütün rayon briqadaları qəzanın nəticələrini aradan qaldırmaq və qonşu binalardan sakinləri təxliyə etmək üçün çalışır.
Keniya Qızıl Xaç Cəmiyyətinin məlumatına görə, dağıntılar altında qalan insanlar var.
Yerli media, şəhər polis rəisi Adamson Bungeiyə istinadən, hadisə yerinə bir neçə agentliyin xilasetmə qruplarının göndərildiyini bildirib.