Bakı. Trend:
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Trend Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:
1. Babək prospekti, mərkəz istiqamətində;
2. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi
istiqamətində;
3. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
4. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası
istiqamətində;
5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası
istiqamətində;
6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
7. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov
küçəsi ilə kəsişməyə qədər;
8. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;
9. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;
10. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən
Heydər Əliyev prospekti istiqamətində sıxlıq müşahidə olunur.