...

Kikboksinq üzrə 7 qat dünya çempionu Xankəndiyə gəlib

Cəmiyyət Materials 21 Oktyabr 2024 18:18 (UTC +04:00)
Kikboksinq üzrə 7 qat dünya çempionu Xankəndiyə gəlib
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Qarabağda səfərdə olan Gürcüstan azərbaycanlıları arasında kikboksinq üzrə 7 qat dünya çempionu Alim Nəbiyev də yer alıb.

Trend xəbər verir ki, Xankəndi səfərinin təsüratlarını bölüşən zaman azərbaycanlı çempion çox qürurlu olduğunu bildirib.

Həmçinin Qarabağda idmanın daha da inkişaf etməsini arzulayıb:

"Mən dünya arenalarında dəfələrlə Azərbaycan bayrağı ilə çıxış etmişəm. Dünyanın bir çox böyük dövlətlərində olmuşam. Ancaq Qarabağ səfəri mənə xüsusi təsir bağışladı. Çox qürurlu hisslərdir. Mən arzu edirəm ki, burada çoxlu idmançılar yetişsin. Azərbaycanı dünyaya tanıtsınlar. Kiçik çempionların yetişməsində mən də əlimdən gələn dəstəyi göstərməyə hazıram".

Qeyd edək ki, Alim Nəbiyev dəfələrlə beynəlxalq idman yarışlarının iştirakçısı və qalibi olub. O, Azərbaycan bayrağı ilə idman yarışlarına qatılıb.

Xəbər lenti

Xəbər lenti