...

Gürcüstan müstəqil dövlətdir və öz maraqlarını hər şeydən üstün tutur - Mahir Dərziyev

Siyasət Materials 21 Oktyabr 2024 15:55 (UTC +04:00)
Gürcüstan müstəqil dövlətdir və öz maraqlarını hər şeydən üstün tutur - Mahir Dərziyev
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Xankəndi. Trend:

Gürcüstan müstəqil, suveren dövlətdir və öz maraqlarını hər şeydən üstün tutur.

Bunu Trend-ə Gürcüstan parlamentinin keçmiş deputatı Mahir Dərziyev Xankəndiyə səfəri zamanı deyib.

"Bu səbəbdən istənilən təzyiq yolverilməzdir. Hər bir suveren dövlət ilk növbədə öz maraqlarına uyğun siyasət yeridir.

Azərbaycan-Gürcüstan əlaqələri bütün sahələrdə yüksələn xətlə inkişaf edir və strateji əhəmiyyət daşıyır. Son dövrlər bu münasibətlər hər sahədə pik səviyyəyə çatıb", - deyə o qeyd edib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 26 oktyabr tarixinə təyin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti