...

Şahmatçılar Gimnaziadada mübarizə aparacaq

İdman Materials 21 Oktyabr 2024 20:58 (UTC +04:00)

Bakı. Trend:

Oktyabrın 24-də Bəhreynin paytaxtı Manamada Gimnaziada İdman Oyunları start götürəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, məktəblilərin iştirak etdiyi oyunlarda Azərbaycan şahmatçıları da çıxış edəcək.

Gimnaziada İdman Oyunlarında Azərbaycan şahmatçılarından Paşam Əlizadə, Rüstəm Rüstəmov, Yunis Mahmudzadə, Tunar Davudov, Dinara Hüseynova, Lalə Hüseynova, Nurtən Nuriyeva, Məryəm Ağaverdiyeva, Nərmin Abdinova və Səadət Bəşirli mübarizə aparacaq.

Gimnaziadada şahmat yarışları oktyabrın 25-29-da keçiriləcək. Azərbaycan şahmatçıları Bəhreynə oktyabrın 23-də yola düşəcək.

Xəbər lenti

Xəbər lenti