...

Gürcüstan xalqı siyasi müstəqilliyə can atır - Ekspert

Dünya xəbərləri Materials 21 Oktyabr 2024 19:45 (UTC +04:00)
Gürcüstan xalqı siyasi müstəqilliyə can atır - Ekspert
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

BAKI /Trend/ - Gürcüstan xalqı siyasi müstəqilliyə can atır.

Bunu Trend-ə müsahibəsində gürcü ekspert Tamta Meqrelişvili deyib.

“Xarici oyunçuların, xüsusən də ABŞ və Avropanın Gürcüstan dövlətinin işlərinə qarışması qəbuledilməzdir. Şəffaflıq və ailə dəyərlərinin qorunması ilə bağlı qanunların ləğvi tələbləri Qərbdən gələn siyasi təzyiqin nümayişidir. Onlar bəyan edirlər ki, bu qanunları qəbul etməyimizə görə cəzalandırılacağıq”, - Meqrelişvili qeyd edib.

Ekspert vurğulayıb ki, Qərb ölkədəki seçki prosesinə təsir etmək istəyir.

Onun sözlərinə görə, Qərb oyunçularının mövqeyi seçkilərin nüanslarını dərk etmədiyini nümayiş etdirir və müxalifəti insanları küçələrə çıxarmağa təhrik edir ki, bu da ABŞ və Avropanın uzunmüddətli strategiyasının tərkib hissəsidir.

Meqrelişvili əlavə edib ki, Qərb Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrini tanımaqdan imtina edərsə, bu, müxalifət üçün əlverişli şərait yaradacaq və kütləvi etirazlara səbəb olacaq ki, bu da ölkədə bir növ inqilabi aksiyaların təbliğatına çevriləcək.

"Vahid Milli Hərəkat xarici qüvvələrin dəstəyi ilə müharibə və məhvə yönəlmiş dağıdıcı siyasətini davam etdirir. Gürcü xalqı ilə oynamaq mümkün olmayacaq. Xarici təzyiqlərə baxmayaraq, Gürcüstan bu süni maneələri dəf edə və özünü dağıdıcı müxalifətdən qoruya biləcək", - deyə ekspert yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti