Bakı. Trend:
"Hizbullah" İsrailin "Qlilot" hərbi kəşfiyyat bazasına hücum edib.
Trend-in məlumatına görə, bu barədə "Al-Mayadin" televiziya kanalı hərəkatın bəyanatına istinadən bildirib.
"Livandakı İslam Müqaviməti İsrail Müdafiə Qüvvələrinin 8200 hərbi kəşfiyyat bölməsinin yerləşdiyi Təl-Əviv ətrafında yerləşən Qlilot bazasına yüksək texnologiyalı raketlərlə hücum etdiyini açıqlayıb", - deyə qeyd olunub.
Qlilot bazası İsrailin "Mossad" kəşfiyyat xidmətinin qərargahının yaxınlığında yerləşir. Oktyabrın əvvəlində bu baza artıq "Hizbullah"ın raket hücumlarına məruz qalmışdı.