...

Bakı ilə Moskva arasında münasibətlər müttəfiqlik qarşılıqlı fəaliyyət prinsipləri üzərində qurulub - Səfir

Gündəm Materials 21 Oktyabr 2024 23:42 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı ilə Moskva arasında münasibətlər müttəfiqlik qarşılıqlı fəaliyyət prinsipləri üzərində qurulub.

Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayev “Tatarıstan24” telekanalına müsahibəsində deyib.

"Ölkələrimiz arasında münasibətlər müttəfiqlik qarşılıqlı fəaliyyət prinsipləri əsasında qurulmuşdur ki, bu da səfərlərin yüksək intensivliyi və ən yüksək, hökumət və parlament səviyyələrində dialoq, ikitərəfli əməkdaşlığın ən geniş spektri üzrə fəal qarşılıqlı əlaqə ilə səciyyələnir", - R.Mustafayev bildirib.

Onun sözlərinə görə, qarşılıqlı ticarətin həcmi artır: ötən il bu rəqəm 4,4 milyard dollar, bu ilin 9 ayında isə 3,5 milyard dollar təşkil edib ki, bu da 2023-cü ilin analoji göstəricisindən 12 faiz çoxdur.

"İlk növbədə avtomobillərin yığılması, əczaçılıq, qida sənayesi sahələrində investisiya və birgə layihələr uğurla həyata keçirilir. Nəqliyyat və tranzit sektoru ölkələrimiz arasında əməkdaşlığın ən mühüm sahəsidir, o cümlədən Şimal-Cənub BTK xətti ilə avtomobil və dəmir yolu ilə yükdaşımaların həcmi artır. Azərbaycan və Rusiya arasında 2024-26-cı illər üçün turizmin inkişafına dair Yol Xəritəsi fəal şəkildə həyata keçirilir. 2023-cü ildə Azərbaycana 625 min Rusiya vətəndaşı səfər edib ki, bu da 2022-ci ilin səviyyəsini 40 faiz ötüb və bu ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə turist axınının artımı daha 18 faiz (500 min nəfər) olub. Azərbaycan aviaşirkətinin əsas hava istiqaməti Rusiyadır", - deyə səfir bildirib.

O qeyd edib ki, bu ilin yanvar-sentyabr ayları ərzində Rusiyanın müxtəlif şəhərlərinə 5900-ə yaxın reys həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur:

"Oxşar tendensiyalar elm və təhsil, mədəniyyət və idman, səhiyyə və gənclər əməkdaşlığı sahələrində də inkişaf edir və mən məmnuniyyətlə qeyd etmək istəyirəm ki, Azərbaycanın Rusiya Federasiyasının təsis qurumları, o cümlədən Tatarıstan ilə çoxşaxəli əməkdaşlığı bu müsbət tendensiyalardan və ümumilikdə Azərbaycan-Rusiya strateji əməkdaşlığının ən mühüm elementdir".

Xəbər lenti

Xəbər lenti