...

Sudanda Rusiya vətəndaşlarının olduğu ehtimal edilən yük təyyarəsi vurulub

Dünya xəbərləri Materials 21 Oktyabr 2024 23:19 (UTC +04:00)

Bakı. Trend:

Sudanın qərbində yük təyyarəsi vurulub. Sudan Çevik Reaksiya Qüvvələrindən verdiyi məlumata əsasən, təyyarə heyətinə Rusiya vətəndaşları daxil olub.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın Sudandakı Səfirliyi bildirib.

"Səfirlik Sudan hakimiyyəti ilə daimi əlaqə saxlayır, bu hadisənin səbələrini araşdırmaq üçün bütün lazımi tədbirləri görür", - deyə qeyd olunub.

"İl-76" təyyarəsi döyüşlərin getdiyi Darfurda vurulub. Qəza yerində Rusiya pasportu və BƏƏ-də yerləşən Qırğızıstan aviaşirkətinin mühəndis vəsiqəsi tapılıb. BƏƏ Sudan Qüvvələrinə silah verməkdə ittiham olunur, BƏƏ ittihamları rədd edir.

Xəbər lenti

Xəbər lenti