Bakı. Trend:
Bakının Yasamal rayonu, Alatava-1, 128b ünvanında yerləşən yaşayış binasının sökülməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülərə aydınlıq gətirilib.
Trend bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətinə istinadən məlumat verir.
Bildirilib ki, 2024-cü ilin aprel ayından etibarən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq nəticəsində həmin ərazidə müvafiq icazə sənədləri olmadan söküntü işlərinin aparılması faktı bir neçə dəfə akşar edilib.
"Özbaşına fəaliyyətin dayandırılması istiqamətində lazımi tədbirlərin görülməsi üçün aidiyyəti icra hakimiyyəti orqanlarına rəsmi sorğular göndərilib.
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən görülmüş operativ tədbirlər nəticəsində Alatava yaşayış məntəqəsində başlanılmış özbaşına söküntü işləri tamamilə dayandırılmış və ərazi ciddi nəzarətə götürülüb",- deyə qurumdan məlumat verilib.