...

Şuşa-Laçın yolunda yük maşını qəzaya uğradı - Sürücü belə xilas edildi (VİDEO)

Cəmiyyət Materials 21 Oktyabr 2024 18:48 (UTC +04:00)
Şuşa-Laçın yolunda yük maşını qəzaya uğradı - Sürücü belə xilas edildi (VİDEO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Şuşa-Laçın avtomobil yolunun 8-ci kilometrində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaş avtomobildə köməksiz vəziyyətdə qalıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “HOVA” markalı yük avtomobili idarəetməni itirərək yol kənarına aşıb və müxtəlif dərəcəli bədən xəsarətləri almış sürücü nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrlə sürücü 1980-ci il təvəllüdülü Rafail Səxavət oğlu Rəcəbovu deformasiyaya uğramış avtomobildən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Xəbər lenti

Xəbər lenti