...

Britaniya Rusiya aktivləri hesabına Ukraynaya 2,26 milyard funt sterlinq kredit verəcək

Dünya xəbərləri Materials 22 Oktyabr 2024 08:53 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniya lazımi hərbi texnikanın alınması üçün Ukraynaya 2,26 milyard funt sterlinq hərbi kredit verəcək.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya hökuməti xəbər verib.

"Böyük Britaniya Ukraynaya sanksiyaya məruz qalan Rusiyanın suveren aktivlərindən əldə edilən gəlirlərlə dəstəklənən 2,26 milyard funt sterlinq kredit verilməsini elan edib", - deyə bildirilib.

Qeyd olunub ki, bu vəsait Böyük Britaniyanın "G7" kreditinə verdiyi töhfədir və bu kredit çərçivəsində Ukraynaya hərbi, büdcə və bərpa ehtiyacları üçün 50 milyard dollar veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti