...

Əksər bölgələrində yağıntılı hava şəraitində fasilə yaranıb

Cəmiyyət Materials 22 Oktyabr 2024 10:16 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Əksər bölgələrində yağıntılı hava şəraitində fasilə yaranıb.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Trend-ə bildirib ki, hazırda ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraitində fasilə yaranıb.

O qeyd edib ki, hazırda yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında, Qobustan, Oğuz, Şəki, Qəbələ, İsmayıllıda müşahidə olunur, arabir qısamüddətli leysan xarakterli yağış yağır.

Müşahidə olunan yağıntılı hava şəraiti bu gün günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti