...

Bakalavr və magistr üzrə ixtisasların yeni təsnifat layihəsi hökumətə təqdim olunub - Turxan Süleymanov

Cəmiyyət Materials 22 Oktyabr 2024 10:13 (UTC +04:00)
Bakalavr və magistr üzrə ixtisasların yeni təsnifat layihəsi hökumətə təqdim olunub - Turxan Süleymanov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə ixtisasların yeni təsnifat layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib.

Trend xəbər verir ki, bu barədə Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman “Ali təhsil müəssisələrinə tələbə qəbulu: təhlil və proqnozlaşdırma” mövzusunda çıxışı zamanı deyib.

O qeyd edib ki, elm və ali təhsil siyasətinə dair əsas strateji istiqamətlər müəyyən edilib və hər biri üzrə praktik addımlar atılır.

"Növbəti mərhələdə doktorantura təhsili ilə bağlı da müvafiq işlərin, o cümlədən doktorantura təhsilinin yenidən təşkili məsələləri öz həllini tapacaq.

Tələbə qəbuluna dair statistik məlumatları təqdim edən Turxan Süleyman növbəti illərdə qəbul planının daha da optimallaşdırılması istiqamətində işlər görüləcəyini diqqətə çatdırıb", - deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti