Bakı. Trend:
Mina əleyhinə fəaliyyət sahəsində dövlət siyasətinin əsas istiqamətləri müəyyən edilir.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, mina əleyhinə fəaliyyət sahəsində dövlət siyasətinin istiqamətləri aşağıdakılardır:
- əhalinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi,
iqtisadi, sosial və ekoloji inkişafa şəraitin yaradılması məqsədilə
partlayıcı sursatların yaratdığı təhlükənin aradan
qaldırılması;
- minatəmizləmə fəaliyyətinin təhlükəsiz və səmərəli təşkili üçün
normativ hüquqi bazanın formalaşdırılması;
- təhlükəli ərazilərdə həyat və sağlamlıq üçün təhlükənin olması
barədə əhalinin məlumat almaq hüququnun təmin edilməsi;
- zərərçəkmişlərə qanunla müəyyən edilmiş dəstək tədbirlərinin
göstərilməsi və minatəmizləyənlərə təminatların verilməsi.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci
oxunuşda qəbul edilib.