...

Bərdədə arvadını qəsdən öldürməyə cəhddə təqsirləndirilən şəxs həbs edildi

Hadisə Materials 22 Oktyabr 2024 12:21 (UTC +04:00)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Bu barədə Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, oktyabr ayının 3-də 1976-cı il təvəllüdlü Ayaz Qasımovun Bərdə şəhəri ərazisində 1978-ci il təvəllüdlü Gülnar Qasımovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsi faktı ilə bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə istintaq edilən cinayət işi üzrə Ayaz Qasımova həmin maddə ilə ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti