...

Türkiyədən Özbəkistana polad ixracı artıb

Dünya xəbərləri Materials 22 Oktyabr 2024 09:50 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyədən Özbəkistana polad ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 25,9 faiz artaraq, 56,3 milyon dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin sentyabr ayında Türkiyə Özbəkistana 5 milyon dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 54,3 faiz ”, – deyə nazirlikdən bildirilib.

2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyənin dünya bazarlarına polad ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 10,7 faiz artaraq, 12,2 milyon dollara bərabər olub.

“Bu ilin sentyabr ayında Türkiyə 1,4 milyon dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin sentyabr ayı ilə müqayisədə 7,5 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (sentyabr 2023 – sentyabr 2024) Türkiyə 16 milyon dollar məbləğində polad ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti