...

ABŞ-də atışma: 5 nəfər həlak olub

Dünya xəbərləri Materials 22 Oktyabr 2024 10:06 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Vaşinqton ştatında yerləşən Sietl şəhəri yaxınlığında baş verən atışma nəticəsində azı 5 nəfər ölüb, daha bir nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, cinayət yerinə gələn polislər orada 5 nəfərin meyitini tapıblar. Ölənlərdən 2-si ortayaşlı, digər 3 nəfər isə yeniyetmə olub. Atışma zamanı yaralanan daha 1 gənc xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, polis şübhəli şəxsi saxlayıb. Onun 15 yaşlı yeniyetmə olduğu üzə çıxıb. Ölən və hücum edən şəxslərin qohum olduqları qeyd edilib.

Polis araşdırmanı davam etdirir, hadisənin səbəbi hələlik bəlli deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti