...

“Azərbaycan Dəmir Yolları" QSC korporativ inkişaf strategiyası çərçivəsində biznes planını başa çatdırır

İqtisadiyyat Materials 22 Oktyabr 2024 12:37 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları" QSC korporativ inkişaf strategiyası çərçivəsində biznes planını başa çatdırır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları" QSC korporativ inkişaf strategiyası çərçivəsində biznes planını başa çatdırır.

Trend xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin Tədqiqat və İnkişaf Mərkəzinin rəisi vəzifəsini icra edən Orxan Əhmədzadə Bakıda keçirilən "Azərbaycanda Dəmiryol Texnologiyalarında İnnovasiyalar: Alman Şirkətləri üçün Tərəfdaşlıqlar və İmkanlar" adlı İnformasiya tədbirində bildirib.

"Biz korporativ inkişaf strategiyası çərçivəsində 36 təşəbbüs hazırlayırıq. Bu təşəbbüslər əsasında 2025-2027-ci illər üçün biznes planı üzərində iş aparılır və ümid edirik ki, plan cari ilin sonuna qədər təsdiq olunacaq. Bu, bizim qısa müddətli, orta müddətli və uzun müddətli gələcəyə baxışımızdır. Hədəfə doğru irəliləyərkən müxtəlif istiqamətlərdə baş verəcək dəyişikliklər və yeniliklər nələrdir, nəqliyyat planında və infrastrukturun, xətlərin xidmətinin, alternativ enerji mənbələrinin istifadəsi baxımından nə dəyişəcək", — o bildirib.

Xəbər lenti

Xəbər lenti