...

Lənkəranda 4 evdən oğurluq edən şəxs saxlanılıb

Hadisə Materials 22 Oktyabr 2024 11:01 (UTC +04:00)
Lənkəranda 4 evdən oğurluq edən şəxs saxlanılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Lənkəranda 4 evdən oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirlib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində evlərin birindən ümumilikdə 8800 manat nağd pul və qızıl-zinət əşyaları oğurlayan əvvəllər məhkum olunmuş 27 yaşlı İsmayıl Cəfərli saxlanılıb.

Məlumata görə, araşdırma zamanı həmin şəxsin digər qanunsuz əməlləri də aşkar olunub.

Belə ki, İ.Cəfərlinin ayrı-ayrı vaxtlarda Lənkəran rayonu ərazisində daha 3 evdən pul və qiymətli əşyalar oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti