...

Perunun eks-prezidenti rüşvət aldığına görə 20 il həbs cəzasına məhkum edilib

Dünya xəbərləri Materials 22 Oktyabr 2024 12:28 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Peruda ölkənin keçmiş prezidenti Alejandro Toledo Braziliyanın "Odebrecht" tikinti şirkəti ilə bağlı korrupsiya işi üzrə 20 il 6 ay həbs cəzasına məhkum edilib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Peru hakimiyyəti Toledonu Cənubi Amerika ölkəsində avtomobil yolunun tikintisinə icazə müqabilində "Odebrecht" şirkətindən 35 milyon dollar rüşvət almaqda ittiham edib.

İttihamnamədə Toledonun "Odebrecht" nümayəndələrindən Braziliyanı Peru ilə birləşdirən 650 kilometrlik avtomobil yolunun tikintisi üçün müqavilə qarşılığında 35 milyon dollar aldığı bildirilib.

Ölkənin paytaxtı Limadakı Ali Milli İxtisaslaşdırılmış Cinayət Ədliyyə Məhkəməsi 2001-2006-cı illərdə Peruya rəhbərlik etmiş Toledonun ABŞ-dən ekstradisiya edilib-edilməməsi də daxil olmaqla, uzun illər davam edən hüquqi mübahisələrdən sonra hökm çıxarıb.

Qeyd edək ki, 2023-cü ildə siyasətçi vətəninə ekstradisiya üçün ABŞ-nin federal orqanlarına təslim olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti