...

Bakıda Neft Emalı Zavodundakı yanğın söndürüldü (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 22 Oktyabr 2024 13:54 (UTC +04:00)
Bakıda Neft Emalı Zavodundakı yanğın söndürüldü (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verildiyi kimi, paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

xxx

13:50

Yanğın Neft Emalı Zavodunun koks qurğusunda qeydə alınıb.

"SOCAR Downstream Management" MMC-dən Trend-ə verilən məlumata görə, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən alovun söndürülməsi istiqamətində işlər davam etdirilir.

Məlumatda deyilir ki, hadisə nəticəsində xəsarət alan yoxdur.

Əlavə məlumat təqdim olunacaq.

xxx

13:14

Xəbər verdiyimiz kimi, Bakıda Neft Emalı Zavodunda yanğın başlayıb.

Trend-in məlumatına görə, Bakının Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş verən yanğının söndürülməsinə helikopterlər cəlb olunub.

Məlumata görə, hadisə baş verən ərazidə iki yanğın söndürən helikopter hərəkət edir.

xxx

12:01

Bakıda Neft Emalı Zavodunda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Xəbər lenti

Xəbər lenti