...

"Azərbaycan Dəmir Yolları" əməliyyatlarını monitorinq və idarə etmək üçün situasiya mərkəzini tətbiq edəcək

İqtisadiyyat Materials 22 Oktyabr 2024 11:58 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycan Dəmir Yolları" QSC hal-hazırda dəmir yolu əməliyyatlarını monitorinq və idarə etmək üçün mərkəzi nöqtə olacaq situasiya mərkəzinin tətbiqi üzərində çalışır.

Trend xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin Tədqiqat və İnkişaf Mərkəzinin rəisi vəzifəsini icra edən Orxan Əhmədzadə Bakıda keçirilən "Azərbaycanda Dəmiryol Texnologiyalarında İnnovasiyalar: Alman Şirkətləri üçün Tərəfdaşlıqlar və İmkanlar" adlı İnformasiya tədbirində deyib.

O, bildirib ki, daha çox yükün cəlb edilməsi ilə bərabər, Azərbaycanın dəmir yolu sektorunu investorlar üçün cəlbedici edən bir neçə əsas inkişaf istiqaməti mövcuddur.

"Birincisi, bu, rəqəmsallaşmadır. Azərbaycan Dəmir Yolları avtomatlaşdırılmış dəmir yolu idarəetmə sistemi kimi sistemlərdən istifadə etməklə əhəmiyyətli rəqəmsal transformasiya prosesindən keçir. Bu, stansiyalarda və sərhəd stansiyalarında kommersiya əməliyyatlarının avtomatlaşdırılmasını təmin etməyə yönəlib. Mikroporsessor mərkəzləşməsi və rəqəmsal mobil radio rabitəsi kimi qabaqcıl siqnalizasiya sistemləri daha effektiv əlaqə təmin edilməsinə kömək edəcək. Eyni zamanda, dəmir yolu əməliyyatlarını monitorinq və idarə etməyə imkan verəcək situasiya mərkəzinin tətbiqi üzərində çalışırıq. Bu mərkəz, hadisələrə daha sürətli cavab verməyə və koordinasiyanı artırmağa imkan verəcək şəkildə real vaxt rejimində əməliyyatları izləməyə və idarə etməyə imkan yaradacaq", — o qeyd edib.

Xəbər lenti

Xəbər lenti