...

Metropolitendə dəmir yoluna hər hansı əşya atmağa görə cərimə kəskin artırılır

Cəmiyyət Materials 22 Oktyabr 2024 11:48 (UTC +04:00)
Metropolitendə dəmir yoluna hər hansı əşya atmağa görə cərimə kəskin artırılır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Metropolitendə dəmir yoluna hər hansı əşya atmağa görə cərimə kəskin artırılır.

Trend-in xəbərinə görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, dəmir yoluna hər hansı əşya atmağa görə 200 manat məbləğində cərimə təklif edilir.
Hazırda bu cərimənin məbləği 30 manat təşkil edir.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti