...

SOCAR Qarabağ və Şərqi Zəngəzurda bu işləri həyata keçirəcək

Energetika Materials 22 Oktyabr 2024 14:23 (UTC +04:00)
SOCAR Qarabağ və Şərqi Zəngəzurda bu işləri həyata keçirəcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında görüləcək işləri açıqlayıb.

Bu barədə Trend SOCAR-ın 2023-cü il üzrə Davamlı inkişaf haqqında hesabatına istinadən xəbər verir.

Bildirilib ki, SOCAR Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının karbon neytral zona kimi inkişaf etdirilməsi üçün hazırdır və bu çərçivədə aşağıda qeyd olunan tədbirlər vasitəsilə iştirakı mümkündür:

Emissiyaların azaldılması – enerji səməriliyinin artırılması, “CCU/CCUS” və s. kimi imkanların tətbiqi;

EV infrastrukturunun qurulması – elektrikli nəqliyyat vasitələri üçün regional infrastrukturun qurulması;

Qazın əvəz edilməsi – qazın bərpa olunan enerji, H2, və digər yaşıl enerji həlləri ilə əvəz edilməsi;

Yaşıl yanacaq istehsalı – ənənəvi karbohidrogen yanacağının bioqaz və biodizellə əvəz edilməsi.

Qeyd edək ki, SOCAR beynəlxalq iqtisadi inkişaf proseslərində yaxından iştirak edən, neft-qaz sənayesində fəaliyyət göstərən, qlobal arenada əhəmiyyətli yer tutan Azərbaycanın ilk milli neft şirkətidir.

Şirkət Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1992-ci il tarixli Fərmanına əsasən əsası qoyulmuş və öz fəaliyyəti çərçivəsində iqtisadi, sosial və ətraf mühitə müsbət və məsuliyyətli təsirlərin yaradılması məqsəd qoyulmuşdur. Bu məqsədlərə nail olunması üçün Şirkətin strategiyası, siyasət və qaydaları, həmçinin, müvafiq missiya və məramı müəyyən edilmişdir. Dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqamətində Şirkət tərəfindən həyata keçirilən bütün yeni layihələrdə ekoloji və sosial effektivliliyin artırılması əsas prinsiplərdən birini təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti