...

ADA Universiteti ilə “Veysəloğlu” şirkətinin tərəfdaşlığı uğurla davam edir

Cəmiyyət Materials 22 Oktyabr 2024 15:59 (UTC +04:00)
ADA Universiteti ilə “Veysəloğlu” şirkətinin tərəfdaşlığı uğurla davam edir

Bakı. Trend:

2023-cü ilin dekabr ayında ADA Universiteti və “Veysəloğlu Şirkətlər Qrupu” arasında imzalanan memorandumdan irəli gələrək bir sıra istiqamətlərdə tərəfdaşlıq davam edir.

Tərəfdaşlıq sahələrinə təhsilə və sosial layihələrə dəstək, əməkdaşların ixtisaslarının artırılması, tələbə və şagirdlərin praktiki təcrübələrinin inkişafı üçün proqramların hazırlanması və iki tərəfin marağı əsasında müəyyənləşdirilən digər istiqamətlər daxildir.

Bu çərçivədə ADA Universitetinin rektoru Hafiz Paşayev və “Veysəloğlu Şirkətlər Qrupu”nun təsisçisi Aydın Talıbov görüşərək təhsildə korporativ sosial məsuliyyət layihələrini müzakirə ediblər.

Hər iki tərəf tərəfdaşlığın uğurunu nəzərə alaraq bunun ADA Universiteti Fondu vasitəsilə gələcək illərdə də davam etdirilməsini qərarlaşdırıb.

Qeyd edək ki, "Veysəloğlu"nun hazırda 150 nəfər rəhbər əməkdaşı ADA Universitetinin İxtisasartırma Proqramının təqdim etdiyi "Liderlik Bacarıqlarının İnkişafı” proqramında iştirak edirlər.

Görüş zamanı bu istiqamətdə də əməkdaşlığın davamlı olması barədə razılığa gəlinib.

“Veysəloğlu” Şirkətlər Qrupunun təsisçisi Aydın Talıbov müasir universitet mühitində olmağın şirkət əməkdaşlarına olan müsbət təsirindən bəhs edib və bu təsirin onların gündəlik iş fəaliyyətində hissedilən olduğunu bildirib.

Hafiz Paşayev və Aydın Talıbov arasında baş tutan işgüzar görüşdə tərəflər ölkəmizdəki ümumi inkişafdan bəhs edərkən milli təhsil tarixində ilk ana dilində təhsil verən məktəblərin maarifçilik ənənələrinin vüsət almasına təsirindən söhbət açıblar.

Görüşdə ziyalıların və messenatların əməkdaşlığının təhsil tarixindəki rolu və bunun qorunub saxlanılmasının vacibliyi vurğulanıb.

Xəbər lenti

Xəbər lenti