...

Kəmaləddin Heydərov su basmış ərazilərə gəlib (FOTO)

Cəmiyyət Materials 22 Oktyabr 2024 15:13 (UTC +04:00)
Kəmaləddin Heydərov su basmış ərazilərə gəlib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov paytaxtın su basmış ərazilərində olub.

Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, intensiv yağıntılarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində yaranmış fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən fasiləsiz olaraq zəruri təhlükəsizlik tədbirləri görülür.

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov su basmış ərazilərə gəlib.

Görülən işlərlə yerində tanış olan nazir aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Xəbər lenti

Xəbər lenti