...

MDB PA-nın Elm və təhsil üzrə daimi komissiyasına sədr müavini seçilib (FOTO)

Siyasət Materials 22 Oktyabr 2024 15:44 (UTC +04:00)
MDB PA-nın Elm və təhsil üzrə daimi komissiyasına sədr müavini seçilib (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Oktyabrın 22-də Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) Elm və təhsil üzrə daimi komissiyasının videokonfrans formatında iclası keçirilib.

Trend xəbər verir ki, bu barədə Milli Məclis məlumat yayıb.

Bildirilib ki, tədbirdə MDB PA-da Milli Məclisin nümayəndə heyətinin üzvü – deputat Bəxtiyar Əliyev iştirak edib.

Onlayn iclasda MDB-nin iştirakçısı olan dövlətlər üçün "Elmi və elmi-texniki fəaliyyət haqqında”, "Elmi, elmi-texniki və innovativ fəaliyyətin dəstəklənməsi üçün fondlar haqqında”, "Süni intellekt texnologiyaları haqqında", həmçinin “MDB üzvü olan dövlətlər üçün Ekoloji Təhsilin Model Konsepsiyasının layihəsi haqqında” və digər model qanun layihələri ilə bağlı müzakirələr aparılıb.

İclasda təşkilati məsələlərə də baxılıb, Milli Məclisin deputatı Bəxtiyar Əliyev yenidən komissiya sədrinin müavini vəzifəsinə seçilib.

Xəbər lenti

Xəbər lenti