Bakı. Trend:
Milli Məclisin növbəti iclası öz işinə başlayıb.
Trend-in məlumatına görə, iclasın gündəliyinə 19 məsələ daxildir.
Bunlar aşağıdakılardır:
1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində və “Dövlət
rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü
oxunuş).
2. “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin
təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və
“Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə
Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
3. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).
4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi
(üçüncü oxunuş).
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (üçüncü oxunuş).
6. “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının 2022-ci
il 16 dekabr tarixli 693-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi.
7. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik
edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
8. “Minatəmizləmə haqqında” Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
9. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
10. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
11. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).
12. “Arbitraj haqqında” Azərbaycan Respublikasının 2023-cü il 26
dekabr tarixli 1077-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi
barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci
oxunuş).
13. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi
barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan
Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (birinci oxunuş).
14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
15. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş
uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).
16. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq
edilməsi barədə”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında”,
“Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə
haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Azərbaycan
Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında”
Əsasnamənin təsdiq edilməsi barədə, “Ədliyyə orqanlarında qulluq
keçmə haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında
Əsasnamənin təsdiq edilməsi barədə” və “Fövqəladə hallar
orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının
qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası
qanununun layihəsi (birinci oxunuş).
17. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi (birinci oxunuş).
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində
dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).
19. “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun
layihəsi (birinci oxunuş).