Bakı. Trend:
Bu gün Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatına start verilib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, ilk gündə yunan-Roma güləşçiləri xalçaya çıxıb.
Azərbaycanın 5 klassiki medal uğrunda mübarizəyə qoşulub.
U-23 dünya çempionatı
Yunan-Roma güləşi
60 kq
Nihat Quluzadə ilk mərhələdə Yasuhito Morini (Yaponiya) 6:3 hesabı
ilə məğlub edib. 1/8 finalda rəqibi amerikalı Maksvel Bleykə 9:0
qalib gələn güləşçimiz növbəti görüşdə iranlı Mohammedmehdi Jafar
Qulampuru da mübarizədən kənarlaşdırıb (10:5). Nihat eyni uğuru
yarımfinalda təkrarlaya bilməyib. Özbəkistanlı Alişer Qaniyevə
uduzab təmsilçimiz bürünc uğrunda güləcək.
67 kq
Təsnifat mərhələsində mübarizəyə başlayan Fərid Xəlilov Niklas Yan
Olova (İsveç) qalib gəlsə də, növbəti mərhələdə qırğızıstanlı
Razzak Beuşekeevə uduzaraq mübarizəni dayandırıb. Onun rəqibi
finala yüksəldiyindən Fəridin bürünc şansı qalıb və təsəlliverici
görüşlərə qatılacaq.
72 kq
Ruslan Nurullayev startda neytral bayraq altında çıxış edən İlya
Valevskidən üstün olub - 8:7. Lakin güləşçimiz 1/8 finalda Abror
Atabayevlə (Özbəkistan) bacarmayıb.
82 kq
1/8 finaldan mübarizəyə qoşulan Elmin Əliyev Polşanı təmsil edən
İslam Əliyev (9:0) və çinli Kun Hunaqa (8:0) tam üstünlüklə qalib
gəlib. Güləşçimiz yarımfinalda Beka Melelaşvili (ABŞ) ilə güləşib.
Görüş 3:3 hesabı ilə yekunlaşsa da, son xalı qazanan rəqib finala
yüksəlib.
97 kq
Murad Əhmədiyev ilk qarşılaşmasında Yuriy Dorohandan (Ukrayna) 5:2
hesabı ilə üstün olub. Güləşçimizin növbəti rəqibi isveçli Alqot
Kaellmana 3:4 hesabı ilə uduzub.
Qeyd edək ki, dünya çempionatına oktyabrın 27-də yekun
vurulacaq.