...

"Azərbaycan Dəmir Yolları" QSC dekarbonizasiya strategiyası hazırlayır

Yaşıl iqtisadiyyat Materials 22 Oktyabr 2024 11:47 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC dekarbonizasiya strategiyası hazırlayır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

"Azərbaycan Dəmir Yolları" QSC dekarbonizasiya strategiyası və ekoloji təmiz texnologiyalara investisiyaya, bərpa olunan enerji mənbələrindən istifadəsinə və enerji səmərəli infrastrukturun modernləşdirilməsinə yönəlmiş fəaliyyət planı hazırlayır.

Trend xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin Tədqiqat və İnkişaf Mərkəzinin rəisi vəzifəsini icra edən Orxan Əhmədzadə Bakıda keçirilən "Azərbaycanda Dəmiryol Texnologiyalarında İnnovasiyalar: Alman Şirkətləri üçün Tərəfdaşlıqlar və İmkanlar" adlı İnformasiya tədbirində bildirib.

"Dayanıqlı inkişaf bizim böyümə strategiyamızın əsas hissələrindən biridir. Biz dekarbonizasiya strategiyası və fəaliyyət planı hazırlayırıq. Bu plana ekoloji təmiz texnologiyalara investisiyalar, bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyini artırmaq üçün infrastrukturun modernləşdirilməsi daxildir. Gələcəkdə Azərbaycan dəmir yolları təhlükəsizlik, səmərəlilik və real vaxt rejimində qərar qəbulu proseslərini yaxşılaşdırmaq üçün süni intellektin geniş tətbiqini planlaşdırır", — o bildirib.

Onun sözlərinə görə, süni intellekt infrastrukturun monitorinqi, hərəkət tərkibinin və infrastrukturun texniki xidmət tələblərinin proqnozlaşdırılması, qatar cədvəllərinin idarə edilməsi və yüklərin emalının optimallaşdırılması üçün istifadə olunacaq. Bu, daha sürətli geri dömüş, daha yüksək dəqiqlik və biznes üçün daha etibarlı xidmətlər təmin edəcək.

"Bundan əlavə, dəmir yolu işçiləri üçün təlim proqramlarına da investisiyalar etmək planlarımızdadır. Bu, komandamızın qabaqcıl sistemlərlə işləməyə hazır olmasını və biznes üçün ən yaxşı xidməti təqdim etməsini təmin etmək məqsədi daşıyır. Azərbaycanda işgüzar mühit sürətlə dəyişir və dəmir yolları ölkənin iqtisadi transformasiyasında mərkəzi rol oynayır", — Orxan Əhmədzadə əlavə edib.

Xəbər lenti

Xəbər lenti