...

IGB vasitəsilə qaz tədarükünün həcmini açıqlandı

Energetika Materials 22 Oktyabr 2024 10:10 (UTC +04:00)
IGB vasitəsilə qaz tədarükünün həcmini açıqlandı
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

2024-cü ilin ilk 8 ayında Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə birbaşa qaz axınının ümumi həcmi 7 milyard kVt⋅saatdan çox olub, kəsilən tərs axının ümumi həcmi isə 1,2 milyard kVt⋅saat təşkil edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq boru kəmərinin operatoru olan ICGB AD şirkətindən bildirilib.

“Avqust ayında birbaşa axının həcmi 723 milyon kVt⋅saatdan çox, kəsilən tərs axının həcmi isə 270,7 milyon kVt⋅saat təşkil edib” - şirkətdəki mənbə bildirib.

Hidrogen üzrə tədqiqatlara gəldikdə, ICGB uzunmüddətli perspektivdə bu məsələnin gündəmdə olduğunu, lakin hazırda əsas diqqətin genişləndirmə layihəsinə yönəldiyini vurğulayıb.

Qeyd edək ki, IGB Yunanıstanın milli qaz nəqli sistemi (DESFA S.A.) və Transadriatik qaz kəməri (TAP AG) ilə Komotini (Yunanıstan) bölgəsində, eləcə də Bolqarıstanın qaz nəqli sistemi (Bulgargaz EAD) ilə Stara Zaqora bölgəsində birləşir.

Boru kəmərinin ümumi uzunluğu 182 km, borunun diametri 32 düym, layihə gücü isə Yunanıstan-Bolqarıstan istiqamətində illik 3 milyard kubmetrdir.

Bazar tələbinə və qonşu qaz nəqli sistemlərinin imkanlarına uyğun olaraq, IGB-nin layihə gücü əlavə kompressor stansiyasının tikintisi ilə illik 5 milyard kubmetrə qədər artırıla bilər.

X: @Lyaman_Zeyn

Xəbər lenti

Xəbər lenti