...

Azərbaycan şahmatçısı Qazaxıstanda ilk “16-lıq”da yer alıb

İdman Materials 22 Oktyabr 2024 11:38 (UTC +04:00)

Bakı. Trend:

Qazaxıstanda “Pavlodar Open” şahmat festivalı başa çatıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, festival çərçivəsində keçirilən “Masters” turnirində azərbaycanlı şahmatçılar da iştirak edib.

Ən yaxşı nəticəni Misrəddin İskəndərov göstərib. O, 10 turda 6,5 xal toplayaraq 16-cı yerdə qərarlaşıb. Yalnız əlavə əmsallara görə İskəndərov ilk “onluq”dan kənar qalıb.

Turniri 40-cı yerdə başa vuran Vüqar Rəsulov ondan 1,5 xal geri qalıb.

Festivalda 19 ölkədən ümumilikdə 95 şahmatçı mübarizə aparıb.

Xəbər lenti

Xəbər lenti