...

Azərbaycan yükdaşıma həcmlərini əhəmiyyətli dərəcədə artırılması üzrə planlarını açıqlayıb

Yaşıl iqtisadiyyat Materials 22 Oktyabr 2024 10:52 (UTC +04:00)
Azərbaycan yükdaşıma həcmlərini əhəmiyyətli dərəcədə artırılması üzrə planlarını açıqlayıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 2030-cu ilə qədər yükdaşıma həcmlərini illik 30 milyon tona çatdırmaq üçün iddialı məqsəd qoyulub.

Trend xəbər verir ki, bu barədə Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) İdarə Heyətinin sədri Anar Həsənov Bakıda keçirilən "Azərbaycanda Dəmiryol Texnologiyalarında İnnovasiyalar: Alman Şirkətləri üçün Tərəfdaşlıqlar və İmkanlar" adlı İnformasiya tədbirində bildirib.

Onun sözlərinə görə, artıq əhəmiyyətli irəliləyiş əldə edilib və bu il dəmir yolu nəqliyyatının Azərbaycanın ÜDM-dəki payı 5,4%-dən 7%-ə yüksəlib.

"Dəmir yolları ən ekoloji təmiz nəqliyyat növlərindən biri olaraq qalır və bu, COP29 ərəfəsində dayanıqlı inkişaf məsələlərinin prioritetə çevrildiyi bir dövrdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycanın coğrafi mövqeyi onu Şimal-Cənub və Şərq-Qərb qlobal nəqliyyat dəhlizlərinin əsas mərkəzinə çevirir", — A.Həsənov qeyd edib.

O əlavə edib ki, Azərbaycan təkcə ötən il təxminən 18-19 milyon ton yük daşıyaraq yükdaşımalarda rekord göstəricilərə nail olub və məqsəd 2030-cu ilin sonuna qədər bu rəqəmi 30 milyon tona çatdırmaqdır.

Xəbər lenti

Xəbər lenti