...

Çin atmosferi izləmək üçün Yerin süni peykini orbitə buraxıb

Dünya xəbərləri Materials 22 Oktyabr 2024 07:43 (UTC +04:00)

Bakı. Trend:

Çin atmosferin üst qatını tədqiq etmək üçün Yerin "Tianping-3" (“Tərəzi-3”) süni peykini kosmosa göndərib.

Trend-in məlumatına görə, bu barədə "Renmin wang" saytı xəbər verib.

Məlumata əsasən, peyk Şansi əyalətindəki (Şimali Çin) Taiyuan kosmodromundan Pekin vaxtı ilə saat 08:10-da "Çançjen-6" ("Long March-6", "Böyük Yürüş-6") daşıyıcı raketindən istifadə edərək orbitə buraxılıb və "müəyyən edilmiş orbitə uğurla daxil olub".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti