...

Süni oynaq dəyişdirilmə əməliyyatı keçirən xəstələr aktiv və funksional həyat tərzi keçirə bilərlər

Cəmiyyət Materials 22 Oktyabr 2024 11:08 (UTC +04:00)
Süni oynaq dəyişdirilmə əməliyyatı keçirən xəstələr aktiv və funksional həyat tərzi keçirə bilərlər
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

“Süni oynaq dəyişdirilmə əməliyyatı keçirən xəstələr aktiv və funksional həyat tərzi keçirə bilərlər”.

Trend xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu Baş direktorun müavini - baş həkim Nizami Məmmədov açıqlayıb.

Onun sözlərinə görə, Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu sağlam əhali ilə müqayisədə süni oynaq əməliyyatından sonra xəstələrin həyat keyfiyyət göstəricilərinin qiymətləndirməyi və bu halda proqnozlaşdırıcı rol oynaya biləcək amilləri araşdırmağı hədəfləyib:

“Süni oynaqla oynaqların əvəz edilməsi sizin əməliyyatdan öncəki ağrılarınızı və oynağınızda olan funksiya pozğunluğunu aradan götürərək, həyat keyfiyyətinizi yüksəldəcək. Əlbəttə ki, oynaqların möhkəmliyinin qorunub saxlanılmasında düzgün qidalanmanın da rolu çox böyükdür”. N.Məmmədov çıxışı zamanı vətəndaşlarımıza bununla bağlı bir neçə tövsiyələrini də bildirib:

“İlkin olaraq yağlı, hisə verilmiş və qısa müddətdə hazır olan qidalardan uzaq durmaq lazımdır. Normal karbohidrat və kalsium ilə zəngin olan qidalara üstünlük verməyi məsləhət görürük”.

Xəbər lenti

Xəbər lenti